Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri növbəti səyyar görüş-qəbulu Bakı şəhəri, Xəzər rayonunda keçirib

05 iyun 2025 | 16:51

    Rayon əhalisi ilə keçiriləcək səyyar qəbul qrafikinə əsasən Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar görüş-qəbulu 05 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonunda fəaliyyət göstərən rayonun Quycaq kənd tam orta məktəbində keçirib. Qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
    İcra başçısı cənab Prezident İlham Əliyevin ölkənin daxili və xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən geniş söhbət açıb. Rayon rəhbəri işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən və əhalimizin öz dədə-baba yurdlarına köçürülməsi barədə də ətraflı məlumat verib.
    Daha sonra sakinlər tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilib, onları narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapıb, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülüb.
    Qəbulda iştirak edən rayon sakinləri respublikamızda və rayonumuzda görülən quruculuq işlərinə, həmçinin, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirib, minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər