Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri növbəti səyyar görüş-qəbulu Bakı şəhəri, Binəqədi rayonunun Binəqədi qəsəbəsində keçirib

20 aprel 2026 | 17:48

Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov 20 aprel 2026-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonunun Binəqədi qəsəbəsində fəaliyyət göstərən rayonun Şahvəlli kənd tam orta məktəbində səyyar görüş-qəbul keçirərək, sakinlərin müraciətlərini dinləyib. İcra Hakimiyyətinin Başçısı aparatının məsul əməkdaşları və sakinlərin iştirak etdiyi qəbulda rayon rəhbəri cənab Prezident İlham Əliyevin Türkiyə Respublikasının Antalya şəhərində keçirilən 5-ci Antalya Diplomatiya Forumunda iştirakından, ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı söhbət açıb.

 Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər