Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri növbəti səyyar görüş-qəbulu 6 saylı Cəbrayıl qəsəbəsində keçirib

15 noyabr 2024 | 17:00

    15 noyabr 2024-cü il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə növbəti səyyar görüş-qəbulu 6 saylı Cəbrayıl qəsəbəsində keçirib. Görüşdə icra başçısı ilə yanaşı aparatın məsul əməkdaşları, rayonun xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
    Rayon rəhbəri cənab Prezidentin ölkənin xarici və daxili siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində qazandığı uğurlardan, hazırda Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən geniş söhbət açaraq bildirib ki, bu formatda keçirilən tədbir Azərbaycanın qlobal miqyasda iqlim siyasətindəki rolunu və beynəlxalq nüfuzunu daha da artıracaq. Eyni zamanda beynəlxalq arenadakı mövqeyini gücləndirməklə yanaşı, ölkəmizə yeni əlaqələr və tərəfdaşlıqlar qurmaq, həmçinin qlobal iqlim siyasətində söz sahibi olmaq üçün əhəmiyyətli imkanlar yaradır.
    Daha sonra qəsəbə sakinlərinin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
    Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər