Rayon rəhbəri növbəti səyyar görüş-qəbulu 4 saylı Cəbrayıl qəsəbəsində keçirib
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 12 iyun 2025-ci il tarixdə 4 saylı Cəbrayıl qəsəbəsində səyyar görüş-qəbul keçirib. Səyyar qəbulda RİH aparatının məsul əməkdaşları, rayonda fəaliyyət göstərən xidməti təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Rayon rəhbəri ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə rayonumuzda aparılan quruculuq işlərindən, keçmiş məcburi köçkünlərin qayıdışından və qarşıda duran vəzifələrdən geniş söhbət açıb.
İcra başçısı səyyar qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar, müraciətlərin bir qismi ilə bağlı isə qanunamüvafiq izahatlar verib.