Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri İcra hakimiyyətinin Bakı şəhərində yerləşən qərargahında səyyar qəbul keçirib

23 iyul 2024 | 10:28

    Səyyar qəbul qrafikinə əsasən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov rayon sakinləri ilə növbəti səyyar görüşü 22 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən İcra hakimiyyətinin qərargahında keçirib. Qəbulda Rayon İcra Hakimiyyətinin əməkdaşları və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər.
    Vətəndaşların müraciətləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verilib. Bir neçə müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahat verilib, digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyəti qurumlara müraciət olunacağı bildirilib.
    Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər