Rayon rəhbəri Bakı şəhəri, Binəqədi rayonunda səyyar görüş-qəbul keçirib
24 yanvar 2025-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən rayonun H.Fətəliyev adına Şahvəlli kənd tam orta məktəbində səyyar görüş-qəbul keçirib. Qəbulda aparatın məsul əməkdaşları və ərazidə məskunlaşan rayon əhalisi iştirak edib.
Rayon rəhbəri Prezident İlham Əliyev tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazi bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlərdən geniş söhbət açıb. Ölkə başçısının rəhbərliyi ilə bütün ərazilərdə olduğu kimi işğaldan azad olunmuş Cəbrayıl rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı sakinlərin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.
İcra Hakimiyyəti Başçısı sakinlərin problemləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərə müvafiq tapşırıqlar verib, qəbulun gedişində sakinləri maraqlandıran digər məsələlərlə bağlı sualları cavablandırıb.