Rayon rəhbəri 9 saylı Cəbrayıl qəsəbəsində sakinlərlə səyyar görüş-qəbul keçirib
24 fevral 2026-cı ildə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov təsdiq olunmuş qrafikə əsasən 9 saylı Cəbrayıl qəsəbəsində fəaliyyət göstərən rayonun 15 saylı tam orta məktəbində sakinlərlə səyyar görüş-qəbul keçirib. Qəbulda icra başçısı ilə yanaşı aparatın məsul əməkdaşları və qəsəbə sakinləri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı sakinləri salamlayaraq, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların mərkəzində Azərbaycan vətəndaşının dayandığını vurğulayıb. Bildirilib ki, regionlarda keçirilən səyyar görüşlərin məqsədi yerlərdə əhalinin üzləşdiyi problemlərin operativ şəkildə müəyyən edilməsi, həll imkanlarının dəyərləndirilməsi və sosial rifahın artırılmasıdır. Daha sonra rayon rəhbəri qəbul iştirakçılarına işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən və qayıdışla bağlı görülən tədbirlərdən danışıb.
Qəbulda rayon sakinləri tərəfindən səsləndirilən təkliflər və problemlər diqqətlə dinlənilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, digərlərinin araşdırılması və icrası nəzarətə götürülüb.






