Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 8 saylı Cəbrayıl qəsəbəsində səyyar qəbul keçirib

02 aprel 2026 | 17:06

    Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə 02 aprel 2026-cı il tarixdə növbəti səyyar görüş-qəbulu 8 saylı Cəbrayıl qəsəbəsində keçirib. Rayonun idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi qəbulda çıxış edən rayon rəhbəri şəhidlərimizi hörmət və ehtiramla yad edərək şanlı qəhrəmanlıq tariximiz olan Aprel döyüşlərindən geniş söhbət açıb. Bildirib ki, bu gün Azərbaycan ordusunun gücünü bütün dünyaya nümayiş etdirən, xalq-ordu-rəhbər birliyini, möhkəmliyini, Azərbaycan xalqının işğalla heç vaxt barışmadığını bir daha təsdiqləyən Aprel döyüşlərinin başlanmasının on ili tamam olur. Eyni zamanda bu döyüşlərin Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda tarixi əhəmiyyət kəsb etməsi xüsusilə diqqətə çatdırılıb.
    Kamal Həsənov çıxışında regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlərin aradan qaldırılacağını və əhalinin sosial rifahına yönəlmiş tədbirlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, rayonda keçirilən səyyar, eləcə də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur. Vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır. Təbii ki, aparılan bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaq.
    Qəbul zamanı sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən bir sıra digər məsələlər isə aidiyyəti təşkilat rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürülüb.
    Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirərək təşəkkür ediblər.

Keçidlər