Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 6 saylı Cəbrayıl qəsəbəsində səyyar görüş-qəbul keçirib

27 avqust 2026 | 16:29

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov tərəfindən həm rayon icra hakimiyyətinin inzibati binasında, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemlər həll olunaraq vətəndaş məmnunluğu təmin olunur.
27 avqust 2026-cı il tarixində İcra Hakimiyyətinin başçısı Kamal Həsənov təsdiq olunmuş qrafikə əsasən 6 saylı qəsəbə klubunda rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə İcra başçısı ilə yanaşı aparatın məsul əməkdaşları, xidməti təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
İcra başçısı səyyar qəbulda ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlərindən, aparılan bərpa-quruculuq işlərindən, əhalinin Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülməsindən və qarşıda duran vəzifələrdən ətraflı söhbət açıb.
Səyyar qəbul zamanı rayon sakinləri ilə birbaşa ünsiyyətin və onların problemlərinin yerində öyrənilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin həlli Cəbrayıl Rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas istiqamətlərdən biridir.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşıldığını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər