Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon məktəbinin şagirdi Təhsil Nazirliyinin qızıl medalına və Xüsusi Nümunəli Attestatına layiq görülmüşdür

29 iyul 2022 | 10:43

    Azərbaycan Respublikası Təhsil Nazirinin F-460 nömrəli əmri ilə 2021-2022-ci tədris ili ərzində göstərdiyi yüksək nəticələrə görə Respublika üzrə 136 şagird qızıl medala və Xüsusi Nümunəli Attestata layiq görümüşdür. Qızıl medala və Xüsusi Nümunəli Attestata layiq görülən şagirdlərdən biri də rayonun 23 saylı tam orta məktəbinin XI sinif şagirdi Mehdizadə       Sadıq Ramil oğludur. S.Mehdizadə həmçinin Coğrafiya fənni üzrə keçirilmiş Respublika Fənn Olimpiyadasında 3-cü yeri qazanaraq bürünc medal əldə etmişdir.
   Digər bir sevindirici hal isə Sadıq Mehdizadə 2021-2022-ci tədris ilində keçirilmiş Dövlət İmtahanlarında 2-ci qrup üzrə 652 bal toplamasıdır.
   Qazandığı bütün naliyyətlər görə Sadıq Mehdizadəni təbrik edir və uğurlar arzulayırıq.

    Cəbrayıl Rayon İcra Hakimiyyəti

Keçidlər