Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-3 yaşayış kompleksində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib

08 iyun 2026 | 17:07

08 iyun 2026-cı il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-3 yaşayış kompleksində, rayonun 1 saylı tam orta məktəbində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Qəbulda aparatın məsul əməkdaşları, ərazi dairəsi üzrə nümayəndələr, rayon sakinləri iştirak ediblər.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı əhalinin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini də bildirib. Rayon rəhbəri ölkə başçısının rəhbərliyi altında dövlətimizin daha da qüdrətlənməsi, ərazi bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarda aparılan irimiqyaslı bərpa-quruculuq işlərindən danışaraq, əhalimizin rayona qayıdışından geniş söhbət açıb.
Rayon sakinlərinin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb.

Keçidlər