Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı 11 saylı Cəbrayıl qəsəbəsində səyyar görüş-qəbul keçirib

03 sentyabr 2026 | 15:51

03 sentyabr 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov təsdiq olunmuş qrafikə əsasən 11 saylı Cəbrayıl qəsəbəsində fəaliyyət göstərən rayonun V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə İcra başçısı ilə yanaşı aparatın məsul əməkdaşları, xidməti təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
İcra başçısı səyyar görüşdə sakinlərə öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, uğurla icra edilən “Böyük qayıdış” dövlət proqramından, sakinlərimizin rayonunun Şükürbəyli kəndinə köçürülməsindən, eləcədə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından geniş söhbət açıb.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin onları narahat edən şəxsi məsələləri rayon rəhbərinin nəzərinə çatdırıblar. Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.
Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər