Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin Bakı şəhərində yerləşən qərargahında səyyar qəbul keçirilib

27 oktyabr 2023 | 15:15

27 oktyabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra hakimiyyətinin qərargahında  rayon sakinlərini qəbul edərək onların müraciətlərini dinləyib. Rayon İcra Hakimiyyəti başçısı aparatının və rayon sakinlərinin iştirak etdiyi tədbirdə icra başçısı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə ölkədə aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışıb. Qəbul zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Qəbulda iştirak edən rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər