Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın növbəti iclası keçirilib

02 sentyabr 2022 | 12:26

01 sentyabr 2022-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyəti başçısı yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Rayon İcra Hakimiyəti başçısı yanında İctimai Şuranın sədri Hidayət Səfərli İctimai Şuraların əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, dövlət qurumları yanında yaradılan İctimai Şuraların əsas məqsədi həmin təşkilatlara dəstək olmaq, yerlərdə olan müraciətləri araşdırmaq, problemin birgə həlli yolunu tapmaqdır. H.Səfərli həmçinin İctimai Şuranın fəaliyyəti və əhəmiyyətindən bəhs edərək, hər bir üzvü aktiv şəkildə fəaliyyət göstərməyə, qarşıda duran vəzifələri layiqincə yerinə yetirməyə çağırıb.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran Rayon İcra Hakimiyəti başçısının müavin – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva İctimai Şuranın üzvlərinə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun ən xoş sözlərini çatdırmış və fəaliyyətlərində onlara uğurlar arzulamışdır. F.İbayeva Cəbrayıl Rayon İcra Hakimiyyətinin vətəndaş cəmiyyətləri ilə uğurlu əməkdaşlıq təcrübəsindən bəhs etmiş, İctimai Şuranın da bu tədbirlərdə yaxından iştirak edəcəyini və öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Sonra iştirakçılar şuranın fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürərək, 2022-ci il üzrə Fəaliyyət Planından irəli gələn təklifləri müzakirə ediblər. İctimai Şura ilə İcra Hakimiyyəti arasında əlaqələrin daha da möhkəmləndirəcəyini, rayon sakinlərinin qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün zəruri tədbirlərin görüləcəyi bildirilib.

 

Keçidlər