Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ağsaqqalları Cəbrayıl rayonuna səfər ediblər

06 may 2024 | 10:15

    4 may 2024-cü il tarixdə rayon Ağsaqqallar Şurasının təşəbbüsü ilə rayon ağsaqqallarından bir qrupu ata-baba yurdumuz olan Cəbrayıl rayonuna səfər ediblər.
   Səfər çərçivəsində ağsaqqallar Soltanlı, Şükürbəyli, Horovlu kəndlərində və Cəbrayıl şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. 30 il ərzində ayrı düşdükləri ata-baba yurdlarına qovuşan ağsaqqallar bu sevinci onlara yaşadan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, rəşadətli ordumuza öz təşəkkürlərini bildirib və canlarını vətən yolunda qurban vermiş şəhidlərimizə allahdan rəhmət diləyiblər.

 

Keçidlər