Şriftin ölçüsü :

Saytın rəngi :

Qızlar arasında qaçış üzrə rayon birinciliyi keçirilib

13 mart 2024 | 16:05

    12 mart 2024-cü il tarixdə Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 7-8-ci siniflərində təhsil alan qızları arasında 60 metr məsafəyə qaçış üzrə rayon birinciliyi keçirilib.
    İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbinin açıq tipli idman meydançasında təşkil olunan rayon birinciliyində 9 komanda iştrak edib. Sağlam həyat tərzinə çağırış ruhunda keçirilən yarışda İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbin şagirdi Əfsanə Əhmədova birinci, Dəmşalaq kənd tam orta məktəbin şagirdləri Fidan Hüseynova ikinci, Səma Əhmədova isə üçüncü yerə layiq görülüb.
    Qaliblər Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.
    Qızlarımızı təbrik edir və uğurlar arzulayırıq.

Keçidlər