Şriftin ölçüsü :

Saytın rəngi :

"Qızıltəpə" tarixi abidəsinə ekskursiya təşkil edilib

29 aprel 2024 | 09:47

    27 aprel 2024-cù il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyəti və Uşaq Səfirlər Məclisinin rayon nümayəndələrinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “Yalnız bir dünya” layihəsi çərçivəsində rayonun ümumtəhsil məktəblərinin fəal şagirdləri İmişli rayonunun Qızılkənd İnzibati ərazisində yerləşən "Qızıltəpə" tarixi abidəsinə ekskursiya ediblər.
    Ekskursiyada  Rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndəsi Aynur Məmmədova, Uşaq Səfirlər Məclisinin fəal üzvləri, İ. Tahirov adına Mehdili kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. İştirakçılara "Qızıltəpə" abidəsi haqqında geniş məlumat verilib. Bildirilib ki, "Qızıltəpə" abidəsi iki hissədən ibarətdir və 5 hektar ərazini əhatə edir. Tarixi abidənin hündürlüyü 17 metrdir. Bu da ətrafı yaxşı müşahidə etmək imkanı verir. Təpə 4 tərəfdən su ilə əhatə olunub. Ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunan qiymətli maddi qalıqlar abidənin orta əsrlərə aid olduğunu deməyə əsas verir.
    Ekskursiya məktəblilərdə böyük maraq doğurub.

Keçidlər