Şriftin ölçüsü :

Saytın rəngi :

Qızıl Aypara Cəmiyyətinin yaranmasının 103 illiyi qeyd olundu

10 mart 2023 | 11:26

    Cəbrayılda Qızıl Aypara Cəmiyyətinin yaranmasının 103 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon icra hakimiyyəti başçısının müavini Fəridə İbayeva cəmiyyət üzvlərinə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun təbrikini çatdıraraq respublikada ictimai və sosial həyatda özünəməxsus yer tutan humanizm və könüllülük prinsipinə əsaslanaraq fəaliyyət göstərən, 103 il şərəfli inkişaf yolu keçmiş, zəngin tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  yaranma tarixindən söhbət açıb. Natiq bildirib ki, Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti özünün yeni inkişaf dövrünə qədəm qoyub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2008-ci ildə hər il mart ayının 10-u tarixinin respublikada «Qızıl Aypara Günü» kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycanı parlaq gələcəyə aparan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü, dövlət başçısı cənab İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar Cəmiyyətin statusunun, fəaliyyət istiqamətlərinin, hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm addım olub.

    Sonda Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində yaxından iştirak etmiş  könüllülər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti N.Aslanovun imzaladığı təşəkkürnamə ilə təltif ediliblər.

 

Keçidlər