Qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinq aparılıb
06 dekabr 2024 | 10:08
05 dekabr 2024-cü il tarixdə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.5.7- ci bəndinin icrası məqsədilə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rövşən Bayramov qəyyumluğa və himayəyə verilmiş, 2011-ci il təvəllüdlü Məmmədov Ömər Vüqar oğlunun ailəsində olaraq monitorinq aparmışdır. Monitorinq zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq qəyyumluğa verilmiş Məmmədov Ömər Vüqar oğlunun təhsili, yaşayış şəraiti ilə yaxından tanış olunub, ailə ilə söhbət aparılıb.