Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq orqanlarının yaranmasının 104 illiyi qeyd edilib

01 oktyabr 2022 | 12:05

     Ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən, 1998-ci ildən etibarən hər il oktyabr ayının biri Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir. Builki bayram milli prokurorluq orqanlarının yaradılmasının 104-cü ildönümünə təsadüf edir, bu münasibətlə Cəbrayıl rayonunda tədbir keçirilib.
     Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə və müəssisə rəhbərləri, rayon prokurorluğunun əməkdaşları iştirak ediblər.
      Tədbir iştirakçıları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoydular, əziz xatirəsi ehtiramla yad ediblər.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Həsənov çıxış edərək prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.
     İcra başçısı qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti artıq öz bəhrəsini verib. Azərbaycan Respublikası digər sahələrlə yanaşı, cinayətkarlığa, o cümlədən Qanunvericiliyin qorunması sahəsində də öz təcrübəsini bölüşən bir ölkəyə çevrilib. Bu sahədə əldə edilmiş uğurlarda prokurorluq orqanlarının rolu müstəsna əhəmiyyət kəsb edir.
    Rayon Prokuroru Ramiz Əliyev çıxış edərək göstərilən diqqətə görə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib, prokurorluq orqanlarının əməkdaşlarının ölkə rəhbərliyinin göstərdiyi yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcəklərini qeyd edib.

 

 

Keçidlər