Ölkəmizi Yaponiyada uğurla təmsil edən məzunumuz
Həmyerlimiz, ADA Universitetinin Hüquq fakültəsinin V kurs tələbəsi Məhərrəmova Tacirə Səmərqənd qızı Tokio şəhərində Azərbaycanımızı layiqincə təmsil edib. O, Yaponiya Xarici İşlər Nazirliyinin təşkil etdiyi “MIRAI” Beynəlxalq mübadilə proqramına qoşularaq bir çox Avropa ölkələrinin 20-30 yaş aralığında olan altmış doqquz min fəal gənc namizəd arasından seçilib. Ölkəmizi ilk dəfə bu mötəbər proqramda təmsil edən T. Məhərrəmova Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən R. Xudiyev adına Minbaşılı kənd tam orta məktəbinin məzunudur. 2020-2021-ci tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək 610 balla ADA Universitetinə daxil olub.
Bu münasibətlə Tacirə xanımı, valideynlərini, məzunu olduğu məktəbin pedaqoji kollektivini, ADA Universitetinin professor-müəllim heyətini səmimi qəlbdən təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.






