Şriftin ölçüsü :

Saytın rəngi :

Oğlanlar arasında mini-futbol üzrə yarış keçirilib

19 mart 2024 | 11:40

    17-18 mart 2024-cü il tarixlərdə Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 2011-2013-cü il təvəllüdlü oğlanları arasında mini-futbol üzrə yarış keçirilib.
    Açıq tipli idman meydançasında təşkil olunan rayon birinciliyində 11 komanda mübarizə aparıb. Birinciliyinin yekununa əsasən X.Rüstəmov adına Y.Mərcanlı kənd tam orta məktəbin komandası birinci, İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbin komandası ikinci və 8 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüblər.
    Qalib komandalar Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin diplom və medallar ilə təltif olunublar.
    Komandaları tədbirk edir və uğurlar arzulayırıq.

 

Keçidlər