Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Sabirabad rayonu "Güdəcühür" məcburi köçkün şəhərciyində keçirilib

19 yanvar 2024 | 11:03
    18 yanvar 2024-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov səyyar görüş-qəbulu Sabirabad rayonu "Güdəcühür" məcburi köçkün şəhərciyində fəaliyyət göstərən 11 saylı tam orta məktəbdə  keçirib. Səyyar görüşdə İcra Hakimiyyətinin başçısı cənab Kamal Həsənov, aparatın məsul əməkdaşları və  rayon sakinləri iştirak ediblər.
    Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək səyyar görüşlərin əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə keçirildiyinə xidmət etdiyini və bunun təməlində vətəndaş məmnunluğunun dayandığını qeyd edib. O, həlli mümkün olan mövcud məsələlərin operativ şəkildə yerindəcə həll edildiyini, zərurət yarandığı halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını sakinlərin diqqətinə çatdırıb. Rayon rəhbəri Prezident cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
    İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib, həlli rayon rəhbərliyindən asılı olmayan məsələlərlə bağlı yuxarı təşkilatlara müraciət edilməsi nəzərdə tutulub. Görüşdə çıxış edən sakinlər işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə ölkə başçımız cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
 
Keçidlər