Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul rayonun Cocuq Mərcanlı kəndində keçirilib

17 fevral 2023 | 10:58

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vətəndaş qəbulunu 16 fevral 2023-cü il tarixdə rayonun Cocuq Mərcanlı kənd sakinləri ilə keçirib. Qəbulda RİH başçısı Kamal Həsənov, RİH Başçısı aparatının məsul əməkdaşları və kənd sakinləri iştirak ediblər.
    İştirakçılar əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin, eləcə də qardaş ölkə Türkiyədə baş vermiş zəlzələdə həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.
    Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasına toxunan Kamal Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola salındığını, eləcə də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərildiyini diqqətə çatdırıb. Rayon rəhbəri yardım kampaniyasına rayonumuzun sakinlərinin də qoşulduğunu bildirib və dövlətimizin qardaş respublikaya əlindən gələn köməkliyi əsirgəmədiyini qeyd edib.
    Daha sonra ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər qeydə alınaraq rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə həlli istiqamətində lazımi tapşırıqlar verib.
     Kənd sakinləri çıxış edərək icra başçısının rayon əhalisi ilə səyyar görüşlərinin keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərin reallaşmasında və problemlərin həll olunmasında kömək etdiyini söyləyib və göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər