Növbəti səyyar qəbul-görüş Zaqatala rayonunda müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirilib
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar qəbul-görüşü 18 avqust 2023-cü il tarixdə Zaqatala rayonu, köçkün şəhərciyində keçirib. Qəbulda Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər.
Qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan ölkə Prezidentinə və rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.