Növbəti səyyar qəbul-görüş Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində məskunlaşan rayon sakinləri ilə keçirilib
20 sentyabr 2024-cü il tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən 23 saylı tam orta məktəbdə rayon sakinləri ilə səyyar qəbul-görüş keçirib. Görüşdə icra başçısı ilə yanaşı aparatın məsul əməkdaşları və ərazidə məskunlaşan rayon sakinləri iştirak ediblər.
Səyyar görüşdə rayon rəhbəri əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. İcra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu nəzərə çatdırıb. Dövlət başçısı tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.
Səyyar qəbul-görüş zamanı sakinlər rayona qayıdış, onları narahat edən digər məsələlərlə bağlı suallar səsləndiriblər. Rayon rəhbəri vətəndaşları dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.
Görüşün sonunda qəbulda iştirak edən rayon sakinləri problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.