Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Cəbrayıl rayon İcra Hakimiyyətinin Bakı şəhərində yerləşən qərargahında keçirilib

09 dekabr 2023 | 09:28

    Dekabr ayında keçiriləcək səyyar qəbul qrafikinə əsasən Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı Kamal Həsənov növbəti səyyar görüşü 08 dekabr 2023-cü il tarixdə Bakı şəhərində məskunlaşan Cəbrayıl rayon sakinləri ilə keçirib. Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra Hakimiyyətinin qərargahında keçirilən qəbulda rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
    Rayon rəhbəri cənab Prezidentin ölkənin daxili və xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açaraq geniş çıxış edib.
    Daha sonra sakinlər tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilib, onları narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapıb, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülüb.

 

Keçidlər