Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Bakı şəhəri, Sabunçu rayonunda məskunlaşan rayon sakinləri ilə keçirilib

03 iyun 2024 | 17:22

    Rayon sakinlərinin müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması məqsədilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçı Kamal Həsənov 03 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən rayonun C.Əhmədov adına tam orta məktəbində rayon sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda RİH başçısı aparatının məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
    Səyyar qəbulda “Böyük Qayıdışa dair Dövlət Proqramı”na əsasən əhalimizin yaxın gələcəkdə öz doğma torpaqlarına köçürülməsi, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə danışan Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlara göstərilən sosial xidmətlər, insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin cari ildə də davam etdirildiyini diqqətə çatdırıb.
    Görüş zamanı rayon sakinləri onları narahat edən məsələlərlə bağlı suallarını səsləndiriblər. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilib, digərləri isə nəzarətə götürülüb. Qəbulda iştirak edən rayon əhalisi problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər