Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Bakı şəhəri, Nərimanov rayonunda keçirilib

15 iyun 2024 | 11:12

    14 iyun 2024-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Nərimanov rayonunda yerləşən İcra hakimiyyətinin qərargahında rayon sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda RİH başçısı aparatının əməkdaşları, rayon sakinləri iştirak ediblər.
    Rayon rəhbəri cənab Prezidentin ölkənin xarici və daxili siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Ölkə başçısının müvafiq tapşırığına əsasən vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həll etməkdən ibarətdir.
    Səyyar qəbulda sakinlərin problem və təklifləri dinlənilib, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində rayon rəhbəri tərəfindən müvafiq tapşırıqlar verilib.

Keçidlər