Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti Səyyar qəbul Abşeron rayonu, Mexkalon Yaşayış massivində yerləşən Çullu kənd tam orta məktəbində keçirilib

20 fevral 2023 | 15:45

    Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov 20 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Mexkalon Yaşayış massivində yerləşən rayonun Çullu kənd tam orta məktəbində səyyar qəbul keçirərək, sakinlərin müraciətlərini dinləyib. İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi qəbulda rayon rəhbəri ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışıb. Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər