Növbəti səyyar qəbul 8 saylı Cəbrayıl qəsəbəsində keçirilib
Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov 18 iyul 2024-cü il tarixdə 8 saylı Cəbrayıl qəsəbəsində səyyar qəbul keçirərək, sakinlərin müraciətlərini dinləyib. İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi qəbulda rayon rəhbəri ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışıb. Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.