Növbəti səyyar qəbul 7 saylı Cəbrayıl qəsəbəsində keçirilib
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq təsdiq olunmuş səyyar qəbul-görüş qrafikinə əsasən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 05 sentyabr 2024-cü il tarixdə 7 saylı Cəbrayıl qəsəbəsində növbəti səyyar qəbul keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün həyata keçirilən geniş miqyaslı layihələrdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən söhbət açıb. Sonra İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib. Həlli vaxt tələb edən məsələlər isə icraya götürülüb.
Qəbulda iştrak edən qəsəbə sakinləri respublikamızda və rayonumuzda görülən quruculuq işlərinə, həmçinin, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.