Növbəti səyyar qəbul 1 saylı Cəbrayıl qəsəbəsində keçirilib
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, rayon İcra Hakimiyyətinin təsdiq olunmuş səyyar qəbul-görüş qrafikinə əsasən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 13 fevral 2024-cü il tarixdə 1 saylı Cəbrayıl qəsəbəsində növbəti səyyar qəbul keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək son illərdə respublikamızın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə geniş söhbət açıb.
Rayon rəhbəri qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib. İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlərin müvafiq qurumlara göndərilməsi nəzərdə tutulub.