Növbəti səyyar qəbul 1 saylı Cəbrayıl qəsəbəsində keçirildi
02 mart 2023-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar görüş-qəbulu 1 saylı Cəbrayıl qəsəbəsində keçirib. Qəbulda Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayonda fəaliyyət göstərən xidməti təşkilatların rəhbərləri və ərazidə məskunlaşan rayon sakinləri iştirak ediblər.
Səyyar qəbulda rayon rəhbəri keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edib. Dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.
Səyyar qəbul zamanı rayon sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Qəbulda iştirak edən rayon sakinləri əhaliyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.