Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş Şabran rayonu, Qarabağlar köçkün qəsəbəsində keçirilib

14 mart 2023 | 12:07

    13 mart 2023-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Şabran rayonu, Qarabağlar köçkün qəsəbəsində məskunlaşan cəbrayıllılarla səyyar görüş-qəbul keçirib. Səyyar qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, ərazidə məskunlaşan rayon əhalisi iştirak ediblər.
    Görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısı Kamal Həsənov görüş iştirakçılarını salamlayıb və bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə səyyar görüş-qəbulların keçirilməsində əsas məqsəd hazırkı mövcud vəziyyəti rayon sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
    Səyyar görüş-qəbulda sakinlər bir sıra məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər. Səsləndirilən hər bir təklif və problemlər ayrı-ayrılıqda dinlənilib, onların araşdırılması və icrasına nail olmaq məqsədilə görüləcək tədbirlər qeyd olunub, müvafiq tapşırıq və tövsiyələr verilib.

 

Keçidlər