Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş Saatlı rayonu, Əlisoltanlı köçkün qəsəbəsində məskunlaşan Cəbrayıl rayon sakinləri ilə keçirilib

18 aprel 2023 | 16:54

     Səyyar qəbul qrafikinə əsasən Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar görüşü 18 aprel 2023-cü il tarixdə Saatlı rayonu, Əlisoltanlı köçkün qəsəbəsində məskunlaşan Cəbrayıl rayon sakinləri ilə keçirib. Qəbulda RİH-in məsul əməkdaşları, ərazidə məskunlaşan rayon sakinləri iştirak ediblər.
    Cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışan rayon rəhbəri sonda vətəndaşların müraciətlərini dinləyib. Sakinlər tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənildi, onları narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapıb, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülüb və aidiyyəti üzrə müraciət olunacağı bildirilib.

 

Keçidlər