Növbəti səyyar görüş-qəbul Sumqayıt şəhərində keçirilib
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar görüş-qəbulu Sumqayıt şəhərində keçirib. Sumqayıt şəhəri, Metallurq küçəsi 10-da yerləşən Cəbrayıl rayon 4 saylı tam orta məktəbində keçirilən qəbulda aparatın məsul əməkdaşları, həmin ərazidə müvəqqəti məskunlaşan rayon sakinləri iştirak ediblər.
Qəbulda çıxış edən rayon rəhbəri sakinlərin qəbulu və müraciətlərinə operativ baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından, qaldırılan problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Daha sonra son illərdə respublikamızın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib.
Qəbula gələn sakinlər həm şəxsi, həm də ümumi problem və çətinliklərini səsləndiriblər. Onları narahat edən məsələlərlə bağlı verilən suallar ətraflı cavablandırılıb. Həlli mümkün məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.
Rayon sakinləri əhalinin gündəlik qayğı və problemləri ilə yerindəcə maraqlanaraq, həlli istiqamətində görülən tədbirlərə görə Respublika Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.