Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş-qəbul 5 saylı Cəbrayıl qəsəbəsində keçirilib

10 oktyabr 2024 | 17:27

10 oktyabr 2024-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov  5 saylı Cəbrayıl qəsəbəsində məskunlaşan sakinlərlə səyyar görüş-qəbul keçirib. Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə,  təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin ölkənin xarici və daxili siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Ölkə başçısının müvafiq tapşırığına əsasən vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açan icra başçısı bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həll etməkdən ibarətdir.

Səyyar qəbulda sakinlərin problem və təklifləri dinlənilib, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Görüşün sonunda qəbulda iştirak edən qəsəbə sakinləri problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər