Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş-qəbul 2 saylı Cəbrayıl qəsəbəsində keçirilib

07 fevral 2025 | 11:06

    Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 6 fevral 2025-ci il tarixdə 2 saylı qəsəbə klubunda rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Qəbulda aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatlar rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
    Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün həyata keçirilən geniş miqyaslı layihələrdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
    İcra başçısı qəbula gələn vətəndaşları dinləyərək onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib, qaldırılan məsələlərə qanunamüvafiq izahatlar verib.
    Qəbulda iştrak edən qəsəbə sakinləri respublikamızda və rayonumuzda görülən quruculuq işlərinə görə, həmçinin, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirib, hədsiz minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər