Növbəti səyyar görüş Cəbrayıl rayon İcra Hakimiyyətinin Bakı şəhərində yerləşən qərargahında keçirilib
Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov 05 may 2023-cü il tarixdə rayon İcra Hakimiyyətinin Bakı şəhərində yerləşən qərargahında sakinlərlə səyyar qəbul keçirərək, müraciətlərini dinləyib. Rayon İcra hakimiyyətinin məsul əməkdaşları və rayon vətəndaşlarının iştirak etdiyi tədbirdə İcra başçısı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayıl rayonuna səfərindən, aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışıb. Qəbul zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.