Növbəti səyyar görüş Bakı şəhərində fəaliyyət göstərən rayonun C.Əhmədov adına tam orta məktəbində keçirilib
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 25 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən rayonun C.Əhmədov adına tam orta məktəbində Cəbrayıl rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Qəbulda rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon sakinləri iştirak edib.
Rayon İcra Hakimiyyəti başçısı qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq və quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə rayon sakinlərinə ətraflı məlumat verib.
Daha sonra sakinlərin müraciət və təklifləri fərdi qaydada dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb, bəzilərinin həlli nəzarətə götürülüb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.