Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə yola salınıb

25 fevral 2026 | 14:53

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Cəbrayıl rayonu ərazisində müasir infrastrukturun yaradılması, sosial təyinatlı obyektlərin inşası və əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir.
    25 fevral 2026-cı il tarixində Dövlət Proqramı çərçivəsində Horovlu kəndinə respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış 115 nəfərdən ibarət daha 30 ailə köçürülmüşdür.
    Bununla da, bu günədək Horovlu kəndinə köçürülən ailələrin ümumi sayı 241 ailə (954 nəfər) təşkil etmişdir. Onlardan 119 ailə (458 nəfər) Bakı şəhərində, 65 ailə (258 nəfər) Biləsuvar rayonu ərazisindəki Cəbrayıl qəsəbələrində, 57 ailə (238 nəfər) isə respublikanın digər bölgələrində məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Keçidlər