Növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınıb
30 sentyabr 2024 | 16:31
30 sentyabr 2024-cü il tarixdə Bakı şəhərindən 20 ailə 58 sakin, Sumqayıt şəhərindən 11 ailə 37 sakin, Abşeron rayonundan 3 ailə 10 sakin, Biləsuvar rayonu ərazisində salınmış Cəbrayıl qəsəbələrindən 3 ailə 8 sakin, Saatlı rayondan 2 ailə 6 sakin, Şəmkir rayonundan 1 ailə 4 sakin olmaqla ümumillikdə 40 ailə 123 sakin növbəti köç karvanında Cəbrayıl şəhərinə yola salınıb.
Xatırladaq ki, bu günədək Cəbrayıl şəhərinə Respublikamızın müxtəlf bölgələrində məskunlaşmış 117 ailə 364 rayon sakini köçürülərək, daimi məskunlaşmaları təmin edilib.