Növbəti köç karvanı Cəbrayıl şəhərinə yola düşdü
07 noyabr 2024 | 10:14
07 noyabr 2024-cü il tarixdə Bakı şəhərindən 13 ailə 64 sakin, Sumqayıt şəhərindən 1 ailə 4 sakin, Abşeron rayonundan 4 ailə 22 sakin, Biləsuvar rayonu ərazisində salınmış Cəbrayıl qəsəbələrindən 9 ailə 46 sakin, Saatlı rayondan 1 ailə 6 sakin, Beyləqan rayonundan 1 ailə 4 sakin və Gəncə şəhərindən 1 ailə 4 sakin olmaqla ümumillikdə 30 ailə, 150 sakin növbəti köç karvanında Cəbrayıl şəhərinə yola salınıb.
Xatırladaq ki, bu günədək Cəbrayıl şəhərinə Respublikamızın müxtəlf bölgələrində məskunlaşmış 163 ailə, 583 rayon sakini köçürülərək daimi məskunlaşmaları təmin edilib.