Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınıb
“Böyük Qayıdış” Dövlət Proqramına əsasən 25 may 2026-cı il tarixdə Bakı şəhərindən 59 ailə 260 sakin, Abşeron rayonundan 22 ailə 91 sakin, Sumqayıt şəhərindən 8 ailə 47 sakin, Biləsuvar rayonu ərazisində salınmış Cəbrayıl qəsəbələrindən 14 ailə 63 sakin, Sabirabad rayonundan 5 ailə 23 sakin, Hacıqabul rayonundan 3 ailə 13 sakin, Saatlı rayonundan 3 ailə 12 sakin, Beyləqan rayonundan 2 ailə 8 sakin, Masallı rayonundan 1 ailə 8 sakin, İmişli rayonundan 1 ailə 5 sakin və Füzuli rayonundan 1 ailə 5 sakin olmaqla ümumillikdə 119 ailə 535 sakin növbəti köç karvanında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınıb.
Xatırladaq ki, bu günədək Şükürbəyli kəndinə Respublikamızın müxtəlf bölgələrində məskunlaşmış 390 ailə, 1692 rayon sakini köçürülüb.






