Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda yerləşən Cəbrayıl rayonun Əmirvarlı kənd tam orta məktəbində səyyar görüş-qəbul keçirilib

17 dekabr 2022 | 11:24

     16 dekabr 2022-ci il tarixdə rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov Bakı şəhəri, Nizami rayonunda yerləşən rayonun Əmirvarlı kənd tam orta məktəbində növbəti səyyar görüş-qəbul keçirib. Qəbulda Cəbrayıl Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
     Qəbulda çıxış edən İcra başçısı Kamal Həsənov sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cari ildə qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə tam dolğunluğu ilə məlumat verib. İşğaldan azad olunmuş ərazilərdə eləcə də Cəbrayıl rayonunda görülməsi nəzərdə tutulan quruculuq işləri haqqında səyyar görüşün iştirakçılarına məlumat verən rayon rəhbəri sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq gətirərək, müvafiq izahatlar verib və qaldırdıqları məsələlərin həlli nəzarətə götürülüb.
     Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndirib, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.

 

Keçidlər