Şriftin ölçüsü :

Saytın rəngi :

Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında həmyerlimiz Şəhanə Hacıyeva qızıl medal qazanıb

08 avqust 2023 | 18:27

Azərbaycan para-cüdoçusu Şəhanə Hacıyeva Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında qızıl medal qazanıb.

Ş.Hacıyeva 48 kq çəki dərəcəsində birinci yeri tutub. Bu, Azərbaycan yığmasının qitə birinciliyində əldə etdiyi ilk medaldır.

Məlumat üçün bildiririk ki, Şəhanə Hacıyeva  24 avqust  2021-ci il tarixdə Yaponiyanın paytaxtı Tokioda “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında 48 kq çəki dərəcəsində qızıl medal qazanmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının  6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən, XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

İdmançımızı təbrik edir və uğurlar arzulayırıq.

Keçidlər