Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra Hakimiyyətinin qərargahında rayon sakinləri ilə səyyar görüş-qəbul keçirilmişdir

21 oktyabr 2022 | 15:58

     Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 21 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra Hakimiyyətinin qərargahında rayon sakinləri ilə səyyar qəbul keçirib. Cəbrayıl Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri və rayon sakinlərinin iştirak etdiyi görüşdə rayon icra hakimiyyətinin başçısı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə ölkəmizdə, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
     Qəbul zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapmış, bəzi məsələlərin həlli isə nəzarətə götürülmüşdür. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər