Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra hakimiyyətinin qərargahında növbəti səyyar görüş-qəbul keçirilib

19 iyun 2023 | 17:04

    Vətəndaşların dövlət idarələrində maneəsiz qəbuluna və müraciətlərinə baxılmasına diqqətin artırılması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Cəbrayıl rayonunda da səylə icra olunur. Rayon İcra hakimiyyətində keçirilən qəbullarla yanaşı vətəndaşlarla daha yaxından təmas qurmaq üçün rayon rəhbəri qabaqcadan elan olunmuş qrafikə uyğun olaraq rayon əhalisinin müvəqqəti məskunlaşdığı yaşayış məntəqələrində də səyyar qəbul-görüşlər keçirir və aşkar olunan problemləri yerindəcə araşdırır. İcra başçısı Kamal Həsənov növbəti belə səyyar qəbul-görüşünü 19 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra Hakimiyyətinin qərargahında rayon sakinləri ilə keçirib. Qəbulda Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və ərazidə müvəqqəti məskunlaşan rayon sakinləri iştirak ediblər.
    Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov keçirilən səyyar görüşdə Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıb, “Heydər Əliyev İli” çərçivəsində ötən müddət ərzində Cəbrayıl rayonunda keçirilən tədbirlər haqqında məlumat verib. Ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edən rayon rəhbəri dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
    Səyyar qəbul zamanı bir qrup rayon sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.

Keçidlər