Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib

26 oktyabr 2022 | 15:34

   26 oktyabr 2022-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib.
    Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mayil Əliyev, Polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi, polis baş leytenantı Elşad Məmmədyarov, rayon Prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Sərxan İbrahimov, İctimai Təhlükəsizlik bölməsinin azyaşlılar üzrə inspektoru, polis kapitanı İsa Zamanov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Cəbrayıl rayon sektorunun aparıcı məsləhətçisi Ağabala Əliyev, Cəbrayıl Mərkəzi Rayon Xəstəxanasının həkimi İlham Hətəmxanlı, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
    Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.
    Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır.

 

Keçidlər